YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb

Oktyabrın 13-də Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilən beynəlxalq konfrans Azərbaycan və Türkiyə respublikalarının Müstəqillik günlərinə həsr olunub.

Konfrans iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Konfransda Türkiyədə törədilmiş terror aktında həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov beynəlxalq konfransı açaraq, tədbirin Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandıraraq, konfransın işinə uğurlar arzulayıb.

Oktyabrın 16-dək davam edəcək beynəlxalq konfransda 93 elmi məruzə dinləniləcək.