YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan dünya idmanında özünəməxsus yerini tutub

«Azərbaycan artıq neçə illərdir ki, istər idman uğurları, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünəməxsus yerini tutub». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, ilk Avropa Oyunları zamanı 17 yarış günü ərzində Avropanın bütün ölkələrini təmsil edən 6 minə yaxın idmançı 253 medal dəsti uğrunda Bakıda yarışdılar. Onun sözlərinə görə, 50 dövlətdən 42 nümayəndə fəxri kürsüdə yer aldı. 31 ölkəyə qızıl medal aparıldı.

«Hər bir yarış meydanında istər idmançıların, istər olimpiya ailəsinə daxil olan digər şəxslərin, eləcə də bu layihəyə qoşulmuş hər bir kəsin ədalətli oyunlar prinsiplərinə əməl etməsi, ümumən, oyunların dostluq və sülh şəraitində keçməsinə kömək etdi. Çünki ədalətli oyunlar olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısıdır»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv