YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçən ay Ceyhan limanından 2,8 milyon tona yaxın Azərbaycan nefti dünya bazarına çıxarılıb

Sentyabrda Ceyhan limanından 2 milyon 783 min 180 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 928 min 78 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 21 milyon 681 min 978 ton olub. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il oktyabrın 1-nə kimi Ceyhan limanından 283 milyon 621 min 68 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.