YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyanın xarici işlər naziri Azərbaycanın iş adamlarını Çexiya iqtisadiyyatına investisiyalar qoymağa dəvət edib

Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişaf perspektivləri çox yaxşıdır.  Bunu Çexiya XİN-in rəhbəri Lyubomir Zaoralek çərşənbə axşamı Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında deyib.

Çexiyalı nazir deyib: "Biz təhsil və turizm sahəsində əməkdaşlığı genişləndirmək istərdik".

L.Zaoralek azərbaycanlı iş adamlarını Çexiya iqtisadiyyatına investisiyalar qoymağa çağırıb: "Azərbaycan bizə energetika sahəsində əməkdaşlığa dair təkliflər paketi təqdim edib, mənimlə iş adamlarından ibarət böyük nümayəndə heyəti gəlib və onlar Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər".

E.Məmmədyarovun sözlərinə görə, tərəflər Bakıda səmərəli danışıqlar aparıblar. Danışıqlarda həm ikitərəfli münasibətlərə, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunulub: "Biz iqtisadi əlaqələri, viza məsələlərini, təhsil, turizm və digər sahələrdə məsələləri müzakirə etdik. İki ölkə arasında Çexiyada viza alan azərbaycanlı tələbələrin viza almaları məsələsində bir sıra problemlər olub, həmkarım yaxın vaxtlarda həmin problemlərin həll ediləcəyini vəd etdi".

DİGƏR Xəbərlər Arxiv