YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanda MDB Xarici İşlər Nazirləri və Dövlət Başçıları şuralarının iclasları keçiriləcək

Oktyabrın 15-16-da Qazaxıstanda MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) iclasları keçiriləcək. Bu barədə  Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Qarşıdan gələn əlamətdar hadisəyə - BMT-nin yaradılmasının 70 illiyinə və Çernobıl AES-də qəzanın 30-cu ildönümünə həsr edilmiş sənədlərin layihələri baxılması üçün MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq. Dövlət başçıları miqrasiya, cinayətkarlığa qarşı mübarizə, mədəniyyət, fövqəladə halların qabaqlanması və aradan qaldırılması, sərhədlərin mühafizəsi sahələrində əməkdaşlığı reqlamentləşdirən sənədlər qəbul edəcək, habelə hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri nəzərdən keçirəcəklər.

Sənədlərin bir hissəsi əvvəlcə XİNŞ-in iclasında müzakirə ediləcək. Xarici siyasət idarələrinin başçıları MDB-nin 25 illiyinin bayram edilməsi, gənclərin beynəlxalq əməkdaşlığı, bədən tərbiyəsi və idmanın yaxın perspektivdə inkişafı, habelə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyəti və Birliyin üzvü olan ölkələrin baza təşkilatlarının yaradılması və fəaliyyəti məsələlərinə dair tədbirlər planlarını nəzərdən keçirəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv