YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. İclasda məlumat verilib ki, qanuna 37-1-ci maddə əlavə edilir. Əlavəyə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması nəzərərdə tutulur.

Qanunun 426-cı maddəsində edilən dəyişikliyə əsasən isə,inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi həmçinin inzibati həbs  nəzərdə tutan  inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan barəsində məcburi müəalicənin təyin edilməsi məsələsi hakim tərəfindən həll edilir.