YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışında iştirak etmişdir

İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sərgini Böyük Britaniyanın “İTE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri Baş nazir Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold Baş nazir xanım Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxudular.

Sonra bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdi.

Daha sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Məlumat verildi ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur və onların arasında “Əsrin müqaviləsi”nin bilavasitə iştirakçıları vardır.

Qeyd edildi ki, dördgünlük sərginin işgüzar proqramı da zəngin olacaqdır. Sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar, şirkətlərin təqdimatları təşkil olunacaqdır.

Dövlətimizin başçısı sərginin Fəxri qonaqlar kitabını imzaladı. 

 

DİGƏR Xəbərlər Arxiv