YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 7-ci Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

"Kainat" Gənclik Mərkəzi artıq bir neçə ildir ki, respublikamızın mədəni həyatında özünə yer tutmuş layihə - Beynəlxalq Uşaq Muğam Festivalı keçirir. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə bu il 7-ci dəfə gerçəkləşəcək festivalın baş sponsoru “PAŞA Bank”dır.

“Kainat” Gənclik Mərkəzindən  bildirilib ki, oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan da daxil olmaqla 8 ölkə (İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırılması mərasimi keçiriləcək.

Hər bir ölkəni iştirakçı ilə yanaşı, bir mütəxəssis də təmsil edəcək, o eyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olacaq. Gənc muğam ifaçılarının çıxışları Xalq Artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bütün ifaçılar iştirakına görə diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar. Fərqlənənlər üçün bir baş mükafat - Qran-pri, bir 1-ci, iki 2-ci və iki 3-cü yerlər, habelə 5 həvəsləndirici mükafat və xüsusi mükafatlar nəzərdə tutulub.

Festivala hazırlıq işləri yekunlaşmaq üzrədir. Respublika üzrə seçim turları yerli gənclər və idman idarələrinin, mədəniyyət və turizm şöbələrinin iştirakı, İctimai Televiziyanın dəstəyi nəticəsində uğurla başa çatıb.

Qeyd edək ki, Bakı, Abşeron və Sumqayıt üzrə seçim turu sentyabrın 26-da V.Mustafazadə adına 2 nömrəli incəsənət məktəbində keçirilib.