YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: AŞPA-da müəyyən qüvvələr öz məqsədlərinə nail olmadılar

«AŞPA-nın payız sessiyası Azərbaycanda qarşıdakı parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək, yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olundu». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, artıq üçüncü dəfə idi ki, sədr Ann Brassör və baş katib Savitski Azərbaycana seçki müşahidə missiyası göndərilməsini “nəzərdən keçirilmək” üçün məsələni Büronun gündəliyinə daxil edirdilər. Onun sözlərinə görə, bir neçə həftədən bəri aydın idi ki, onlar beynəlxalq aləmdə Azərbaycanı gözdən salmaq və təcrid etmək məqsədilə bütün seçki müşahidə missiyalarını ləğv etmək niyyətində olan korporativ qüvvələrin bir hissəsidir.

«Müəyyən  qurumların rəhbərləri Azərbaycanın tam təcrid edilməsi və qarşıdakı seçkilərin öz etibarlılığını tamamilə itirməsi məqsədilə AŞPA-nı da eyni addım atmağa çağırdı. Digər Avropa institutlarının da bu nümunəyə uyğun hərəkət etməsi üçün AŞPA-nın bütün aidiyyəti şəxslərinə böyük təzyiq göstərilirdi. Məmurlardan ibarət ofis olan ATƏT/DTİHB bu çirkin geosiyasi oyunda başlıca rol oynayırdı. Heç bir seçilmiş nümayəndə onlara nəzarət etmir və onlar sırf xüsusi şəxsi siyasi proqrama malik ofisdir. Amma onlar məqsədlərinə nail olmadılar»- deyə, E.Süleymanov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv