YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əlaqələr yüksək səviyyədədir.

Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

R.Abdullayev “Milan Expo 2015” sərgisindəki Azərbaycan pavilyonunda “SOCAR günü”nün keçirilməsindən məmnunluğunu bildirərək diqqətə çatdırıb ki, sərgi çərçivəsində “Biomüxtəlifliyin xəzinəsi” adlı pavilyonumuza çoxsaylı ziyarətçilərin təşrif buyurması ölkəmizə olan böyük maraqdan irəli gəlir. Tədbir çərçivəsində 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (“UEFA-2016”) kubokunun ziyarətçilərə təqdim olunması pavilyonumuza bir başqa rəng qatıb. SOCAR “UEFA-2016” da daxil olmaqla, Avropanın milli yığma komandaları arasında keçiriləcək bütün yarışların rəsmi sponsorudur.

Sərgidə “SOCAR günü”nün təşkil edilməsinin əhəmiyyətindən danışan R.Abdullayev vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanda enerji sahəsində əldə olunan uğurların Avropa ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. O deyib: “İtaliya ölkəmizin birinci ticarət tərəfdaşıdır. Azərbaycanda xeyli sayda İtaliya şirkətləri fəaliyyət göstərir və onlar ölkəmizdə həyata keçirilən önəmli layihələrin fəal iştirakçısıdır. İtaliya üçün Azərbaycanın önəmi cari ilin sentyabrında “Cənub” qaz dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında SOCAR ilə bu ölkənin Snam şirkəti arasında imzalanmış Anlaşma Memorandumu ilə bir daha təsdiqini tapıb”.