YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın Şərqi Azərbaycan Ostandarlığının ostanı Azərbaycana səfər edəcək

İran İslam Respublikasının Şərqi Azərbaycan Ostandarlığının ostanı İsmayıl Cabbarzadə oktyabrın 19-da Azərbaycana səfər edəcək.

Oktyabrın 22-dək davam edəcək səfər zamanı İ.Cabbarzadə bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə İran-Azərbaycan əlaqələrinin inkişafı və regionlar arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Şərqi Azərbaycan Ostandarlığı İranın sənaye və kənd təsərrüfatı baxımdan inkişaf etmiş bölgəsidir. Bu Ostandarlıq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir.