YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-avqust aylarında ölkəmizə dəniz nəqliyyatı ilə 342 min 943 tondan çox yük idxal olunub

2015-ci ilin yanvar-avqust aylarında ölkəmizdə yük daşınmasında ümumi idxalın həcmi 4 milyon 987 min 867,03 ton olub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ümumi idxalın 342 min 943,55 tonu dəniz nəqliyyatının, 3 milyon 385 min 517,98 tonu dəmir yolu nəqliyyatının, 1 milyon 238 min 403,03 tonu avtomobil nəqliyyatının payına düşür. Hava nəqliyyatı üzrə 8669,54 ton, poçt vasitəsi üzrə 1,89 ton, özü hərəkət edən vasitələr üzrə isə 12 min 331,03 ton yük idxal olunub.

Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində ölkəmizdə 23 milyon 358 min 438,90 ton həcmində yük istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 94,49 faiz təşkil edir.