YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub

«Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ölkəmizdə mətbuatın inkişafıı üçün bütün imkanlar mövcuddur. Onun sözlərinə görə, bu məsələdə dövlət hərtərəfli dəstəyini göstərir.

«Mətbuat sahəsində qanunvericilik də beynəlxalq standartlara standartlara uyğunlaşdırılıb. Bununla belə, biz dünyada mövcud olan mütərəqqi təcrübələri qəbul etməyə hazırıq. Sevindirici haldır ki, Azərbaycan dövləti mətbuatın inkişafına hərtərəfli dəstək göstərir»- deyə, Ə.Amaşov vurğulayıb.