Xəbərlər
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gələcək
Oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Səfər oktyabrın 7-dək davam edəcək.