YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı möhkəm təməllər üzərində qurulub

«Azərbaycan iqtisadiyyatı möhkəm təməllər üzərində qurulub. Bunun nəticəsində də iqtisadi inkişafımız davamlı xarakter daşıyır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkəmizin iqtisadi uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanla bağlı hesabatını bunu təsdiqləyir.

 «Hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb.  Dünya İqtisadi Forumunun  qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayıb. Bütün bunlar,  Azərbaycanın dayanaqlı inkişafının göstəricisidir»- deyə, komitə sədri vurğulayıb.