YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda görüşlərini davam etdirir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində görüşlərini davam etdirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov sentyabrın 30-da BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser ilə görüşüb.

Görüşdə ali nümayəndə Azərbaycan Respublikasının mədəniyyətlərarası dialoq və anlaşmaya verdiyi töhfələri yüksək qiymətləndirərək ölkəmizin 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün təşəkkürünü bildirib. Bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Nassir Abdulaziz Al-Nasser ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi bu foruma da Azərbaycanın layiqincə ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə önəm verdiyini və Sivilizasiyalar Alyansı Dostlar Qrupunun üzvü kimi Alyansın məqsədlərinin həyata keçirilməsi üçün bir sıra təşəbbüsləri uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

Söhbət zamanı 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.