YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Oktyabr 25–dən noyabrın 3-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən bildirilib ki, festivalın açılışı oktyabrın 25-də Heydər Əliyev Sarayında baş tutacaq. Festival çərçivəsində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.