YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov ABŞ müdafiə katibi Çak Heygellə görüşəcək

Azərbaycan Respublikası müdafiə nazirinin ABŞ müdafiə katibi ilə görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclas çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın müdafiə katibi Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.