YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan çətinliklə olsa da, qaçqın və məcburi köçkün probleminin öhdəsindən gələ bilib

«Azərbaycan çətinliklə olsa da, qaçqın və məcburi köçkün probleminin öhdəsindən gələ bilib». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında çıxışı zamanı deyib.

S.Seyidov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi  köçkünlərin normal yaşayışını təmin etmək üçün bütün imkanlardan istifadə edir. Onun sözlərinə görə, bu gün Avropa miqrasiya problemləri ilə üzləşib.

«20 ildir Assambleyada vətəndaş cəmiyyətinin rolununun artırılması üçün səylər göstərilir. Daha çox parlamentlərin deyil, vətəndaş cəmiyyətlərinin rolunu artırmağa çalışırıq. Əslində, biz dövlətlərin, hökumətlərin, parlamentlərin iştirakı olmadan belə böhranlı vəziyyətləri idarə edə bilmirik. Biz belə halları gördükdə, deyirik ki, bu ölkə zəifdir, güclü dövlətçiliyi yoxdur. Biz elə etməliyik ki, burada hökumətlərin, parlamentlərin rolu sarsıdılmasın»- deyə, S.Seyidov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv