YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 28 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.

Xarici İçlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd etdilər. Dost və qonşu dövlət kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirildi.

Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğuladılar.

Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə etdilər.

Gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edən nazir Elmar Məmmədyarov belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin və birgə əməkdaşlıq gündəliyinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını bildirdi.

Gürcüstanlı nazir dəvəti məmnuniyyətlə qəbul etdi və Azərbaycan üçün əhəmiyyətli bütün məsələlərdə Gürcüstanın daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməlləri, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğuladı.