YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dini sahəyə nəzarət gücləndiriləcək

Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarət gücləndiriləcək, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqət artırılacaq.

Bununla əlaqədar “Dini etiqad azadlığı haqqında” Qanuna və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişikliklər ediləcək. /Trend/

Milli Məclisdən verilən məlumata görə, “Dini etiqad azadlığı haqqında” Qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı) edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək.