YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Ermənistan hakimiyyəti əvvəllər gizlətməyə çalışdıqları faktı indi açıq etiraf edir

«Ermənistan prezidenti Serj Sərkisyanın “Dağlıq Qarabağın Ermənistana məxsus olması” fikrindən sonra işğalçı ilə masa arxasında danışmağa mövzu qalmır. Çünki bu vaxta qədər deyirdilər ki, guya Dağlıq Qarabağ “müstəqil dövlətdir” və onlarla danışmaq və rəylərini nəzərə almaq lazımdır. Bəzən beynəlxalq vasitəçilər də bu sərsəm fikrə uyaraq danışıqlara Dağlıq Qarabağ separatçılarının liderlərini cəlb etməyi lazım bilirdilər. Elə o vaxt da vasitəçilərə deyirdik ki, torpaqlarımızı Dağlıq Qarabağın erməni əhalisi yox, Ermənistan işğal edib». Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, beynəlxalq vasitəçilər bu açıqlamadan sonra fəaliyyətlərinə diqqət yetirməlidir. Onun sözlərinə görə, “Dağlıq Qarabağ Ermənistan ərazisidir” fikrini deyən işğalın məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürür.

«Yəni Ermənistan hakimiyyəti əvvəllər gizlətməyə çalışdıqları faktı indi açıq etiraf edir. Azərbaycan ordusunun işğalçını cəzalandıracağına zərrə qədər də şübhəm yoxdur. Ancaq ATƏT-in Minsk qrupunun, böyük dövlətlərin başçılarının Sərkisyanın açıqlamasına susması təəccüblüdür. Axı Sərkisyanın “Ermənistana birləşdirdiyi ərazini” dünya dövlətləri Azərbaycan ərazisi kimi tanıyır və qəbul edirlər. Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza da Serj Sərkisyanın son açıqlamasından təəccübünü gizlətmədiyini, bunun vəziyyəti daha da gərginləşdirəcəyini deyib. Bəs onda, Brayzadan daha yüksək vəzifə tutanlar niyə susurlar? Onlar susmaqlarında olsunlar, biz isə düşmənə zərbələrimizi davam etdirməkdə olaq ki, işğalçı verdiyi itkilərdən özünə gələ bilməsin. Biz nəyin uğrunda vuruşub şəhidlik zirvəsinə hazır olduğumuzu bilirik, bəs Ermnənistandan zorla işğal altındakı torpaqlara gətirilən gənc ermənilər nəyin uğrunda ölürlər? Sabah torpaqlarımızı azad edəndə kimsə bizə deyə bilməz ki, niyə Ermənistanla müharibə edirsiniz. Bunu deyənə dərhal Sərkisyanın açıqlamasını xatırladacağıq»- deyə, komitə üzvü qeyd edib.