YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir

«Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədlə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. 
«Bilirsiniz ki, respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduğunu nəzərə çatdırıb. Eyni zamanda, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin olunması beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilib. Qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşdırılması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış “Doing Business 2015” reytinq hesabatında 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir»- deyə, komitə sədri vurğulayıb.