YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanın Kant şəhərindəki əsas küçələrdən birinə ümummilli lider Heydər Əliyevin adı verilmişdir

Qırğızıstanın Kant şəhər Keneşinin 15-ci növbədənkənar sessiyasının qərarı ilə şəhərdəki Miçurin küçəsinin adı dəyişdirilərək Heydər Əliyev adı verilmişdir. Qərar Bişkekdəki “Azəri” İctimai Birliyinin müraciətinə əsasən qəbul edilmişdir.

Qərarda deyilir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. SSRİ dağıldıqdan sonra Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan və qırğız xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. 1995-ci ildə Heydər Əliyev Azərbaycan Prezidenti kimi Qırğız Respublikasında keçirilmiş “Manas” dastanın 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.

Hazırda Heydər Əliyev küçəsinin rəsmi açılış mərasimi ilə bağlı hazırlıq işləri görülür.