YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq Cənub-Cənub mükafatı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq Cənub-Cənub mükafatı ilə təltif olunub.

Sentyabrın 26-da Nyu-Yorkda mükafatın təqdim olunması mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Cənub-Cənub mükafatı ilə təltif olunub.

Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.

Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilib.

Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.