Xəbərlər
Musa Qasımlı: Azərbaycanın mövqeləri hada da güclənib

«Ermənistan vətəndaşının ölkəmizə sığınması Azərbaycanın sosial və demokratik inkişaf baxımından Ermənistandan qat-qat üstün olduğunu göstərir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, ermənistanlı müxalifətçinin Azərbaycana sığınmasını bir neçə baxımdan qiymətləndirmək olar. Onun fikrincə, bu fakt Ermənistanın demokratiyadan çox uzaq olduğunu, yaşamaq və fəaliyyət göstərmək üçün elementar şəraitin olmadığını göstərir.
«İşğalçı ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, çarəsiz qalan müxalifətçi bir şəxs Ermənistanın düşmən hesab etdiyi dövlətə keçir. Bu hadisə Azərbaycanın bütün sahələrdə, o cümlədən demokratik inkişaf baxımından Ermənistandan qat-qat üstün olduğunu göstərir və eyni zamanda, Azərbaycanın mövqelərinin gücləndiyinin bir daha təsdiqidir»- deyə, M.Quliyev qeyd edib.