YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Milli Məclis «Adlar və soyadlar haqqında» ayrıca bir qanun qəbul edə bilər

«Azərbaycanda uşaqlara adların verilməsi ilə əlaqədar tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki,  tövsiyyələrdə uşaqlara  iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət görülmür. Onun sözlərinə görə, adların milli mənsubiyyəti olmalıdır.

«Eyni zamanda, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyyə olunmur. Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub. Həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun. Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq. Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə dair müzakirələr aparılır. Biz Milli Məclisin Mədəniyyət komitəsi olaraq bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da “Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər»- deyə, komitə sədri vurğulayıb.