YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri başa çatıb

Sentyabrın 17-də Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.