YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Bu il ərzində sahibkarlara verilən güzəştli kreditlərin həcmi 141 milyon manatdan çoxdur

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu fikri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, bu il ərzində 4 000-dən çox sahibkara güzəştli kreditlər verilib. Onun sözlərinə görə, bu kreditlərin həcmi 141 milyon manatdan çoxdur.

«Bu vəsait hesabına  reallaşdırılan layihələr  8 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verib»- deyə, icraçı direktor vurğulayıb.