YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı siyasətçi Avropa institutlarını Azərbaycanda keçiriləcək parlament seçkilərinə müsbət yanaşmağa çağırıb

“PR Newswire” xəbər saytında italiyalı siyasətçi, AŞPA-da Avropa Xalq Partiyasının sabiq rəhbəri Luca Volontenin bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərinin yer aldığı yazı yerləşdirilib.

L.Volonte bildirib ki, cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkiləri vasitəsilə Avropa institutları bu ölkəyə qarşı heç bir ikili standartın olmadığını göstərə bilərlər. Avropa qurumlarını bu prosesə müsbət yanaşmağa çağıran italiyalı siyasətçi vurğulayıb ki, Avropa strukturları və media qurumları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından olan azərbaycanlıların demokratik hüquqlarının pozulması faktını sanki görmürlər.

İtaliyalı siyasətçi bir sıra seçki müşahidəçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə buraxılmamasının qanuni olduğunu bildirib. O, deyib ki, Avropa institutlarında bundan nahaq yerə qıcıqlanırlar.

L.Volonte əlavə edib ki, Avropadan olan bir sıra seçki müşahidəçiləri 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin Avropa Parlamenti və AŞPA tərəfindən azad və ədalətli seçki kimi qiymətləndirməsi faktını unudurlar. O deyib: “Təəssüf ki, bir sıra beynəlxalq qurumların nümayəndələri Azərbaycandakı seçkilər prosesində iştirak etmədən belə bu ölkədə reallaşacaq növbəti azad və demokratik seçkiləri etibardan salmağa çalışırlar. Bu cür davranmaqla Avropanın və beynəlxalq birliyin strukturları Azərbaycandakı seçkilər prosesinə və islahatlara müsbət yanaşmaq imkanlarını itirirlər. Azərbaycana qarşı Qərb ölkələrinin bu cür münasibətinin yalnız bir qurbanı olacaq: Avropa etimadını itirəcək”.