YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Bakının erməni daşnaklarından azad olunmasında yerli əhli çox ciddi fədakarlıq nümayiş etdirib

«15 sentyabr 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsi Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir. Bu hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi». Bu fikirləri AMEA-nı  Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı  Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Tarix İnstitutu bu əlamətdar tarixi günlə bağlı mütəmadi olaraq tədbirlər keçirir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən institut tərəfindən hazırlanan ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında 15 sentyabr hadisələri bütün detalları ilə öz əksini tapıb.

“Bununla belə, hər il də institutumuzda bu istiqamətdə tədqiqatlarımız davam edir. Məqsəd də ondan ibarətdir ki, bu hadisə Azərbaycanımızda çox böyük, əlamətdar bayramlardan biri kimi olunsun. Bakının daşnaklardan azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt süquta uğramaqda olan Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən iki generalımız – Əliağa Şıxlinski və Səmədbəy Mehmandarov çox böyük rol oynadı. Bakını azadetmə əməliyyatında bizim Həbibbəy Səlimov kimi igidlərimiz, bütövlükdə Bakı əhli çox ciddi fədakarlıq nümayiş etdirdi»- deyə, Y.Mahmudov vurğulayıb.