YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

SOCAR-ın prezidenti bildirib ki, dünya bazarındakı neft qiymətləri dövlət büdcəsinə daxil olan ödənişlərə də mənfi təsir göstərir. Əgər satılan neftin qiyməti iki dəfədən çox ucuzlaşıbsa, bu satışdan əldə olunan gəlirin də iki dəfəyədək azalmasına gətirib çıxarır. Bu, SOCAR-ın büdcəyə ödədiyi vəsaitin və gələnilki ödənişlərinin də aşağı düşməsinə səbəb olacaq. “Bu isə təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir", - deyə R.Abdullayev qeyd edib.