Xəbərlər
Sevinc Fətəliyeva: Avropa Parlamentinin qəbul etdiyi son qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır
«Avropa Parlamentinin qəbul etdiyi son qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır. Bu, parlament seçkiləri ərəfəsində dövlətimizin imicinə xələl gətirmək çəhdidir. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Amma bütün təzyiqlərə baxmayaraq, milli maraqların qorunmasını əsas tutan Azərbaycanın müstəqil, tarazlaşdırılmış siyasət aparması onları ciddi narahat edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, əslində, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir. Onun sözlərinə görə, AP Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə yaxşı olar. «Bu gün Avropada başverən islamofobya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların hayata keçirilməsi hər kəsə bəllidir. Amma bu qədər problemlər fonunda cinsi azlıqların hüquqlarını əsas tutaraq, mühüm məsələlərə göz yumulur. Avropalılar siyasətə ikili standartların tədbiqi ilə, özləri öz əlləri ilə "müqəddəs" Avropa dəyərlərini məhv edəndən sonra, kimdənsə, nəyisə tələb etmək hüququnda deyillər! Qətnamədə yer alan məsələlərdən biri insan haqlarının pozulmasıdır. Əgər həqiqətən Azərbaycan xalqının haqqı onları narahat edirsə, niyə 1 milyon qaçqın-köçkünlərimizin adı çəkilmir? Niyə AŞPA-da "Azərbaycanda demokratik institutların fəaliyyətı" adlı məruzədə "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olması" ifadəsi götürüldü? Bütün bunlar onu göstərir ki, onları nə Azərbaycan xalqı, nə də Azərbaycanın həqiqətləri maraqlandırmır! Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanır, belə qətnamələr qəbul edilir. Əslində, Azərbaycanla əməkdaşlığın dayandırılması ilə bizi qorxutmaq mümkün deyil! Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır. Azərbaycan öz balanslaşdırılmiş xarici siyasəti ilə, tolerantlığı ilə, sosial siyasətiylə, ümumiyyətlə öz dəyərləri ilə bir sıra Avropa ölkələrini üstələyir»- deyə, YAP-ın şöbə müdiri vurğulayıb. S.Fətəliyeva qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq qarşısında, üzv təşkilatlar qarşısında öz öhtəliklərini layiqincə yerinə yetirir. «Lakin, bu heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq huququnu vermir! Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüqüq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diqtə dilində danışa bilməz. Bəzi beynəlxalq təşkilatların, məsələn AP, AŞPA-nın qəbul etdiklər qeyri-ciddi, qərəzli sənədlər heç bir əhəmiyyət daşımır, bu yalnız kağız parçasıdır»- deyə, o, vurğulayıb. ”