YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərkəzin infrastrukturu ilə tanış olan nazir ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.