YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın "Açıq Büdcə İndeksi 2015"-də mövqeyi yüksəlib

Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən yeganə müstəqil və müqayisəli ölçü olan “Açıq Büdcə İndeksi”nin 2015-ci il raundunun nəticələri açıqlanıb.

Azərbaycan indeksdə 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb. Beləliklə, əgər Azərbaycan “Açıq Büdcə İndeksi 2012”-dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşmışdısa, “Açıq Büdcə İndeksi 2015”-də 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Azərbaycanın indeksdə topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.
“Açıq Büdcə İndeksi” 140 sualdan ibarət olan “Açıq Büdcə Sorğusu”nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.