YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Artıq dünya silahla yox, informasiya ilə idarə olunur

«Baş vermiş hər bir hadisə həmin ölkənin milli maraqlarına uyğun olaraq şərh edilir». Bu fikri  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Əflatun Amaşov bildirib ki, əgər söhbət transmilli mətbuatdan gedirsə, bura BBC, CNN və başqa kütləvi informasiya vasitələri aiddir və bunlar nə qədər transmilli olsalar da, nə qədər jurnalistikanın peşə davranış qaydalarına riayət etdiklərini iddia etsələr də həmişə fəaliyyət göstərdikləri ölkə daxilində, həmin dövlətin milli maraqları mövqeyindən çıxış edirlər. Onun sözlərinə görə, artıq dünya silahla yox, informasiya ilə idarə olunur.

«Hazırda Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Azərbaycanın Dağlıq Qarabağ kimi çox ciddi problemi var. 1 milyon qaçqınımız var və Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Hazırda Azərbaycan dövləti torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə çalışır. Belə bir məqamda Azərbaycandan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar vasitəsilə müəyyən güzəştlər qoparmağa cəhd edirlər. Ölkədə söz azadlığı və mətbuat azadlığı ilə bağlı, insan hüquqlarının pozulması ilə bağlı informasiyalar ortaya atırlar. Bununla da Azərbaycanda demokratiyanın olmadığını iddia edir və bunu dünya ictimaiyyətinə inandırmağa çalışırlar. Təbii ki, burada erməni lobbisinin də böyük iştirakı var. Bu sayaq məsələlərdə media silah rolunu oynayır. Ölkələrə təzyiq göstərmək üçün, ölkələri müəyyən təzyiq altında saxlamaq üçün medianın gücündən istifadə etməyə çalışırlar»- deyə, Ə.Amaşov vurğulayıb.