YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi uğurla davam edir

«Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir». Bu fikri “Azəryolservis” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki,  ötən illərdə olduğu kimi cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi uğurla davam edir. Onun sözlərinə görə, Prezident  İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

«Cari ilin son 6 ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görülüb. 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 181,1 km yolun tikilib, yenidən qurulub və təmir olunub. Həmçinin, 10 yeni körpü tikilib»- deyə, S.Məmmədov vurğulayıb.