YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz "Top Resa 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq

Sentyabr 29 – dan oktyabrın 2-dək Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi açılacaq.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizə məxsus milli stend quraşdırılacaq.

Nazirlikdən bildirilib ki, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Həmçinin sərgidə turizm şirkətləri- "Geo Travel", "Gilan Tourism", "SW travel" təmsil olunacaqlar.

Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.

2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 159 ölkədən 1800-ə yaxın şirkət təmsil olunmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv