YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan TÜRKSOY Opera Günlərində sənətçiləri ilə təmsil olunacaq

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan "Opera Günləri" 18-ci dəfə sənətçiləri bir araya gətirəcək.

Sentyabrın 15-dən 24-dək davam edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə və Şimali Kiprdə baş tutacaq.

Quruma üzv ölkələrin opera və balet sənətçiləri sentyabrın 15-də İstanbulda, 17-18 sentyabrda Şimali Kiprdə çıxış edəcək, 23-24 sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.

TÜRKSOY Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin və Şimali Kiprdən 24 sənətçi iştirak edəcək.