YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələrinin dərin tarixi kökləri var

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 24-cü ildönümü münasibətilə sentyabrın 4-də rəsmi qəbul təşkil edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev ölkəsinin 24 il ərzində keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına töhfə verir. O, əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov əlamətdar gün münasibətilə özbək xalqını təbrik edib, əmin-amanlıq və firavanlıq arzulayıb. İ.Abasov diqqətə çatdırıb ki, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin tarixi kökləri var.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndiyini vurğulayan Baş nazirin müavini ikitərəfli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini bildirib.