YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Washington Times": ABŞ Azərbaycanın obrazını təhrif edir

Geniş tanınan və dini dözümlülüyə sadiqliyinə və can atmasına görə yüksək qiymətləndirilən Azərbaycan son illər ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCİF) tərəfindən kəskin tənqid edilməsi üçün hədəfə çevrilib. Trend-in məlumatına görə, bu barədə “Baltimore Jewish”in keçmiş baş redaktoru Mayan Caffenin “The Washington Times” qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə bildirilir: “Görünür, komissiya mandatının məqsədini unudaraq din və dini azadlığa heç bir aidiyyəti olmayan siyasi məsələlər üzrə bəyanatlar verir. Təəssüf ki, bu, aydın qərəz və komissiyanın əməkdaşlarının təcrübəsinin yoxluğu kimi görünür”.

M.Caffe yazır ki, nəticədə komissiya hesabatlarında erməni tərəfindən və dünyəvi Azərbaycanın tənqid edilməsi üçün İranın dövlət təbliğatının istifadə etdiyi yerli azsaylı QHT-lərdən eşitdiklərini təkrarlayır.

Məqalədə deyilir: “ABŞ digərlərini tənqid etməzdən əvvəl özü barədə düşünməlidir. ABŞ-da mətbuat azadlığı artıq xeyli pozulub və 2013-cü ildə bu ölkə Sərhədsiz Reportyorlar Təşkilatının “Mətbuat azadlığı” reytinqində 13-cü yerdən 46-cı yerə yuvarlanıb”.