YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: ABŞ-ın Yaxın Şərq regionuna «demokratiya» yürüşü Avropada güclü miqrant axını yaradıb

«ABŞ-ın Yaxın Şərq regionuna «demokratiya» yürüşü Avropada güclü miqrant axını yaradıb». Bunu politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bu miqrant axını Aİ-nin Şengen vizası rejimində dəyişiklik yarada bilər. Onun sözlərinə görə, Şengen vizası sərbəst yerləşmə azadlığının ən yüksək təşəkkülüdür.

«Sərbəst yerdəyişmə azadlığı isə demokratiyanın ən vacib təkmil tərkib hissələrindən biridir. Beləliklə, Liviya, Suriya, İraq və digər Yaxın Şərq ölkələrindən gələn miqrant axınları Avropanı demokratik məhdudiyyətlər tətbiq etməyə vadar edə bilər. Diqqət çəkən məqam ondadır ki, indi miqrant axının mənbəyi olan əsas ölkələr vaxtı ilə Qərbin demokratikləşdirmək istədiyi ölkələrdir. Liviyanı demokratikləşdirmək istəyən Qərb, nəticədə özü demokratiyadan geri çəkilməyə məcbur olur. Qərb bu gün Liviya, Suriya, İraq və Əfqanıstanda yaranan problemlərin, o cümlədən miqrant axının mənbəyini özləri olduğunu etiraf etmir və bu istiqamətdəki dağıdıcı siyasətlərinə davam edirlər»- deyə, politoloq qeyd edib.

 

Ölkədə ÜDM istehsalı 5,6 faiz artıb

Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, əlavə dəyərin 35,0 faizi sənayedə, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6,0 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılıb. 
2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9,0 faiz, neft-qaz sektorunda isə 1,0 faiz artıb. 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilib. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,6 faiz artıb.