YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehdi Səlimzadə: Yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına yönəldilməlidir

«Yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməlidir. Yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir». Bu fikirləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

M.Səlimzadə bildirib ki, bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Onun sözlərinə görə, belə problemlərdən biri də bələdiyyələrin əmlak vergisi ilə bağlıdır.

«Bu istiqamətdə müntəzəm addımlar atılır, yeniliklər tətbiq edilir və mühüm təcrübə qazanılır. Yerli vergilərin yığımında yeni qanunvericilik bazası yaradılmalı, bələdiyyələrin fəaliyyətinə hər hansı müdaxilələrə yol verilməməli və bələdiyyələr öz büdcələrindən səmərəli şəkildə istifadə etməlidirlər»- deyə, M.Səlimzadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv