Xəbərlər
YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 11-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 11-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvləri Aydın Hüseynov və Sadiq Qurbanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov partiyanın əldə etdiyi uğurlardan, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsindən danışıblar. Bildirilib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və nüfuz qazanıb. Bu gün partiyanın sıralarında 700 mindən çox üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.