YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olqa Krasilnikova: İCAPP-ın Qadınlar Qolunun toplantısında aparılan müzakirələr hər birimiz üçün faydalı olacaq

«Bu, mənim Bakıya  ilk səfərimdir. Hesab edirəm ki, İCAPP-ın Qadınlar Qolunun toplantısında aparılan müzakirələr hər birimiz üçün faydalı olacaq». Bu fikirləri YAP-ın ev sahibliyi ilə Bakıda keçirilən İCAPP-ın Qadınlar Qolunun III iclasının iştirakçısı, Rusiya Dövlət Dumasında Ədalətli Rusiya Partiyasının fraksiya üzvü Olqa Krasilnikova deyib.

  Olqa Krasilnikova bildirib ki, qadınlar dünya əhalisinin yarıdan çoxunu təşkil edir. Onun sözlərinə görə, bununla yanaşı yeni nəsil də dünyaya gəlir.

«Bəzi ölkələrdə qadınlar cəmiyyət həyatında qənaətbəxş səviyyədə təmsil olunmurlar. İstənilən ölkənin təcrübəsinə baxanda qadınlar daha çox sosial və  humanitar sahələrdə çalışırlar. Amma onların siyasi fəaliyyətləri üçün də böyük potensial var. Hesab edirəm ki, bu iclasda qeyd etdiyim məsələlərə dair faydalı fikir mübadiləsi aparılır. Mənim də əsas vəzifəm təşkilata üzv ölkələrin qadınları ilə sıx əlaqələrin qurulmasıdır. Çünki Rusiyada mövcud olan problemlər həmin ölkələrdə də var. Əgər problemlər oxşardısa, oxşar həll variantları da axtarıb tapmaq olar. Bu baxımdan düşünürəm ki, müsbət nəticələr əldə olunacaq»- deyə, qonaq qeyd edib.