YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurla inkişaf etdirmək niyyətindəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə qeyd etmişdir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı - Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycan ilə Rusiyanın beynəlxalq qurumlar çərçivəsində də fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən dövlətimizin başçısı İlham Əliyev dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə ölkələrimizin həyata keçirdikləri mütəmadi məsləhətləşmələrin də önəmli olduğunu qeyd etdi. Prezident İlham Əliyev dedi: “Bunlar ölkələrimiz arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurla inkişaf etdirmək niyyətindəyik”. Prezident İlham Əliyev bugünkü görüş zamanı da məhsuldar və konstruktiv müzakirələrin aparılacağına əmin olduğunu bildirdi.