YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR səkkiz ayda Ceyhan limanından 11,2 milyon tondan çox xam neft ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) avqustda Novorossiysk limanından 84 min 913 ton, Supsa limanından 254 min 422 ton, Ceyhan limanından isə 871 min 787 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-avqust aylarında Novorossiysk limanından 930 min 671 ton, Supsa limanından 1 milyon 864 min 59 ton, Ceyhan limanından isə 11 milyon 272 min 41 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir.