YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət qulluqçuları təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 216 nəfəri mükafatlandırıb.

Dövlətimizin başçısı bununla bağlı iyunun 24-də Sərəncam imzalayıb.

Sərəncama əsasən 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 177 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bundan başqa, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2 nəfərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.