YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin sayı 5 min nəfərə yaxındır

«ASAN könüllülərinin “Yay məktəbi”nin keçirilməsi layihəsi artıq ənənəvi xarakter alıb. Onun əsas məqsədi könüllülərin üzləşdikləri məsələləri, onların qayğılarını müzakirə etməkdir». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin sayı 5 min nəfərə yaxındır. Onun sözlərinə görə, bu könüllülər vahid bir gənclər təşkilatında birləşiblər və hər il ənənəvi olaraq bir neçə tədbirdə, o cümlədən “Yay məktəbi”ndə görüşür, üzləşdikləri ümumi məsələləri müzakirə edirlər.
«Builki “Yay məktəbi”ndə “ASAN xidmət”in mövcud olduğu bütün regionlardan – Sabirabad, Bərdə, Gəncə, Sumqayıt və Bakı şəhərlərindən olan gənclər bir araya gəlib. Burada könüllüləri maraqlandıran məsələlər, Prezident İlham Əliyev tərəfindən gənclər qarşısında qoyulan vəzifələr, bu vəzifələrin icrası üçün gələcəkdə həyata keçirməli olduğu tədbirlər barədə çox maraqlı müzakirələr aparılır»- deyə, İ.Kərimov vurğulayıb.