YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsəd birlik və həmrəylik yaratmaqdır

 ““Euronews”ə müsahibəsində Prezident İlham Əliyev mühüm məsələlərdən bəhs edib. Cənab Prezident Azərbaycanın yaşıl gündəliyi ətrafında atdığı addımları xüsusi ilə vurğulayıb.  Ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün dövlətimizin cəlbedici məkan olduğu söyləyib.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev vurğulayıb ki, dövlətimizin bu istiqamətində prioritetləri, həmçinin əməkdaşlıq və tərəfdaşlıqla bağlı hədəfləri var. Azərbaycan eyni zamanda bərpaolunan enerji strategiyası ilə bağlı olduqca vacib tərəfdaş dövlətdir. BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşlığı bunun bariz nümunəsidir.

 “2023-cü ilin  oktyabr ayında  azərbaycanda iki yüz otuz meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə bu stansiyanın gücü və imkanları böyükdür. Bu cür nəhəng layihələr ölkəmizdə  yaxşı sərmayə mühiti fonunda reallaşır. Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək dövlət kimi ölkəmiz yaşıl enerjiyə keçid prosesində daha praqmatik addımlar atır. Bu məsələdə Azərbaycan böyük tərəfdaşları ilə sıx şəkildə çalışır. Cənab Prezident də müsahibəsində ölkəmizin bu sahədə olan tərəfdaşlarının rolunu, əhəmiyyətini xüsusi olaraq qeyd edib. BƏƏ-nin “Masdar” şirkəti ilə yanaşı həmçinin “ACWA Power” və BP ilə də sərmayədarlar sırasındadır”. Azərbaycanla işləməyi planlaşdıran dövlətlərin şirkətləri sayı çoxdur: “Azərbaycan özünün milli enerji şəbəkəsini gücləndirmək əzmindədir. Sərmayədarlarla bu istiqamətdə ölkəmizin atacağı birgə addımlar mövcuddur. Azərbaycanın bərpaolunan enerjinin ixracı ilə bağlı hədəfləri var. Sözsüz ki, bərpaolunan enerjidən istifadə düşünülmüş şəkildə həyata keçirilməlidir. Bu addımlarla maksimum dərəcədə elektrik istehsal olunması da realdır”.

Abbas Əliyev bu yaxınlarda Azərbaycanda keçirilmiş mühüm enerji həftəsinə də diqqət çəkib: “Cənab Prezident də müsahibəsində bu konfransın enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirdiyini vurğulayıb. Bakı Enerji Həftəsində otuz yeddidən artıq dövlətdən gəlmiş üç yüzdən çox nümayəndə iştirak edib. Artıq otuz ildir keçirilən bu tədbir bir ənənəyə çevrilib. İlk konfrans isə hələ 1994-cü ildə təşkil olunmuşdu. Bakı Enerji Həftəsində diqqət çəkən məqam ABŞ Prezidentinin konfrans iştirakçılarına müraciəti idi. Bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Artıq bu inklüziv platforma hesab edilir. Çünki bu tədbir ilk olaraq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını alıb. Daha sonra bərpaolunan enerji sahəsində Azərbaycanın atdığı addımlar fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Təbii ki, bu kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır”.